“Nar” “Breyn Rinq” yarışının çempionu oldubackend

“Nar” “Breyn Rinq” yarışının çempionu oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Breyn Rinq” yarışının 17-ci mövsümündə 16 komanda arasında gedən gərgin mübarizə nəticəsində “Nar” komandası mövsümün çempionu olub. Final oyunda mobil operatorun dəstək olduğu “Nar” komandası  “Kapital Bank” komandası ilə mübarizədə qalib gəlib.
Qeyd edək ki, builki mövsümündə respublikanın 6 bölgəsi və 6 ali məktəbini təmsil edən 16 seçilmiş komanda mübarizə aparıb. Televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə hər il olduğu kimi bu il də “Nar”ın “Twitter” səhifəsində yarış keçirilib və televiziya tamaşaçıları “Nar”dan hədiyyə qazanıblar.
 “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8760-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.