Bütün ölkə ərazisində şəbəkəsini genişləndirməklə, əhalini yüksəkkeyfiyyətli və sürətli internetlə təmin etməyi hədəfləyən “Nar” 2021-ci ilin altı ayı ərzində 50-də artıq yeni baza stansiyası quraşdırıb.
Ölkədə LTE/LTE-A texnologiyalı baza stansiyalarının sayının artması nəticəsində “Nar”ın 4G istifadəçilərinin sayı 28% yüksəlib. Bundan başqa, LTE texnologiyası ilə ötürülən data trafikinin həcmi 23% çoxalıb.