Tribuna İnformasiya Agentliyi

Namibiya sahillərində naməlum heyvanın cəsədi tapılıb

11 İyun

Namibiya sahillərində naməlum dəniz heyvanının cəsədi tapılıb.

“Report” xəbər verir ki, bu barədə “Moya Planeta” məlumat yayıb.

Qeyd edilir ki, 6 metrlik dəniz heyvanının cəsədi artıq çürüməyə məruz qalıb. Bu səbəbdən mütəxəssislər onun hansı növə aid olduğunu müəyyənləşdirə bilmirlər.

Heyvanın cəsədinin ölçüsündən və başının formasının analizindən sonra mütəxəssislər bu qənaətə gəliblər ki, bu, 2000-ci ildən Namibiyada rast gəlinməyən dəniz məməliləri növündən olan heyvandır.

Məməlilər üzrə mütəxəssis Simon Elven təəccübləndiyini deyib: “Mən çox təəccübləndim. Bu heyvanları nəinki quruda, heç suda da görmək mümkün deyil”.