Naira Zöhrabyan: “Bakı şərt irəli sürüb ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır”backend

Naira Zöhrabyan: “Bakı şərt irəli sürüb ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sabiq deputatı, bu ölkənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndəsi Naira Zöhrabyan Azərbaycanın bu qurumdakı nümayəndəsi Səməd Seyidovla aralarındakı dialoqu açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, bu gün mətbuat konfransı keçirən sabiq deputat maraqlı açıqlamalar verib.

O deyib ki, rəsmi Bakı erməni diversantların qaytarılması üçün konkret şərt irəli sürür. Həmin şərt də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü yazılı şəkildə tanımasından ibarətdir.

O qeyd edib ki, AŞPA-da deputat Səməd Seyidovla söhbət ediblər. “Seyidov israrla bildirdi ki, Azərbaycanda erməni əsir yoxdur. Mövcud olanların da hamısı müharibədən sonra Azərbaycan ərazisində diversiya həyata keçirməyə cəhd göstərmiş terrorçulardır”.

Zöhrabyan deyib ki, Səməd Seyidov Ermənistanın indiyə qədər Azərbaycan tərəfinə verdiyi minalı ərazilərin xəritələrinin 50 faizi saxta çıxıb. “Lakin buna baxmayaraq, o, İrəvanla əsir məsələsi ətrafında müzakirə aparmağa yalnız bir şərtlə hazır olduqlarını dedi. O dedi ki, terrorçuların geri qaytarılması bir şərtlə mümkündür ki, Ermənistan Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü rəsmi olaraq tanısın. Bunun üçün sülh müqaviləsi imzalamalı və orada dedikləri əks olunmalıdır. Yəni, hazırda Qarabağın qalan 75 faizi də Azərbaycan ərazisi kimi tanınmalıdır. Əks təqdirdə, heç bir danışıqdan və əsirlərin geri qaytarılmasından söhbət gedə bilməz”.