Nağıl kimi sevginin sonu: 69 milyard dollarlıq boşanmabackend

Nağıl kimi sevginin sonu: 69 milyard dollarlıq boşanma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən zəngin adamı, “Amazon” şirkətinin rəhbəri Ceff Bezos 25 illik həyat yoldaşı Makkenzi Tattldan boşanacağı təqdirdə külli miqdarda təzminat ödəməli olacaq.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Bloomberg” nəşri məlumat yayıb.

Hazırda Bezosun sərvəti 137 milyard dollar dəyərləndirilir. “Forbes” jurnalı isə bu rəqəmin 150 milyard dollar olduğunu bildirib.

Makkenzi boşandıqdan sonra ərindən 69 milyard dollar təzminat alacaq. Bununla o, dünyanın ən varlı qadını olacaq.

Qeyd edək ki, Ceff “Amazon” internet-mağazasının yaradıcısıdır. Daha doğrusu, o, bu möhtəşəm biznesini həyat yoldaşı ilə birlikdə qurub. Qarajda… Onlar o zaman gənc və xoşbəxt idilər.

Makkenzi Ceff ilə ilk dəfə müsahibə zamanı görüşüb, o zaman Ceffin saçları tökülmüş və qarın buraxmışdı. Ancaq sevgi çox qəddardır. Qız təşəbbüs göstərib və müdirini yeməyə dəvət edib. Bir il yarım sonra onlar evlənib. 1993-cü ildə…

Sevgi möcüzələr yaradır. Ceff məşqlər zamanı artıq piylərini əridib və “Ulduzlu yol” serialındakı sevimli personajı olan Jan-Lyuk Pikar kimi saçlarını tam qırxıb.

Bu nağıl kimi sevgi idi. Ancaq nağıldakı sevginin sonu çatıb.