Tribuna İnformasiya Agentliyi

Nağd ödənişlərin payı 90 faizdən çoxdur

04 Noyabr

Hazırda Azərbaycanda nağd ödənişlərin payı 90 faizdən çoxdur. 

Hazırda Azərbaycanda nağd ödənişlərin payı 90 faizdən çoxdur.


TİA.AZ xəbər verir ki, bu sözləri “Mastercard”ın Azərbaycan üzrə meneceri Alpər Meriç deyib.

O, bildirib ki, Azərbaycan nağdsız ödəmələrin inkişafı üçün böyük potensiala malikdir və artıq sözügedən istiqamətdə uğurlu nəticələr əldə edilib. Şirkətin Azərbaycanda fəaliyyəti “Nağdsız Azərbaycan” konsepsiyasına əsaslanacaq.

Nağd vəsaitlərin yaratdığı maliyyə yükündən danışan Alpər Meriç “Mastercard”ın bu istiqamətdə dünyanın bir çox ölkəsində apardığı araşdırmaları vurğulayıb. 

Belə ki, araşdırmalara əsasən, əgər Türkiyə kimi ölkədə bütün ödənişlər 3 il boyunca nağdsız şəkildə aparılarsa, qənaət nəticəsində əldə olunan vəsait hesabına 10 Bosfor körpüsü, 538 xəstəxana və ya 11 dəmir yolu xətti inşa etmək olar.