Tribuna İnformasiya Agentliyi

Nabranda şirkət avtomobili dəniz sahilində belə batdı – VİDEO

05 Avqust

Sosial şəbəkələrdə Xaçmaz rayonu Nabran qəsəbəsi yaxınlığında çimərlik ərazisində dondurma daşıyan avtomobilin batmasını əks etdirən video yayılıb.

Publika.az xəbər verir ki, videodan məlum olur ki, “Milla” şirkətinə məxsus kiçiktutumlu yük maşını çayın dənizə töküldüyü ərazidən keçərkən qumda batıb. Ərazidəki insanlar çalışsa da, dondurma maşınını qumdan çıxarmaq mümkün olmayıb.

Hadisəni əks etdirən videonu təqdim edirik.