Tribuna İnformasiya Agentliyi

Nəvaz Şərif həbs edildi

14 İyul

Pakistanın keçmiş baş naziri Nəvaz Şərif və qızı Məryəm Lahor hava limanında saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb. Mətbuat Şərifin Lahora Əbu-Dabidən uçduğunu bildirib.

Qeyd edək ki, Şərif bundan öncə korrupsiyada ittiham olunaraq 10 il, qızı isə 7 il həbs cəzasına məhkum edilib. İndiyə qədər Londonda olan Şərif dünən ölkəyə qayıtmaq qərarına gəlib.