Tribuna İnformasiya Agentliyi

Nəsimidə Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə ümumrayon iməciliyi keçirilmişdir

09 May

Xalqımızın    Ümummilli Lideri   Heydər Əliyevin anadan olmasının 95 illiyi  münasibəti ilə Nəsimi rayonunda silsilə tədbirlər davam etdirilir. Silsilə tədbirlər çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi  ərəfəsində Nəsimi rayonu ərazisində  genişmiqyaslı abadlıq, quruculuq,  yenidənqurma və yaşıllaşdırma işləri aparılaraq bir sıra binalar, küçələr, istirahət guşələri və parklar əsaslı təmir olunub, “ Abad həyət” layihəsi çərçivəsində zəruri işlər aparılıb, sakinlərin rifahının daha da yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilibSon illər sakinlərin  asudə vaxtlarını səmərəli keçirmələri üçün rayonda müasir tələblərə cavab verən yeni-yeni parklar salınır, mövcud yaşıllıqlar və parklar əsaslı təmir edilir, park və bağlarda söhbətgahlar, uşaq oyun elementləri quraşdırılır.  Rayonun idarə,   müəssisə və təşkilatlarında Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 95 illiyi  münasibəti ilə keçirilən  silsilə tədbirlərin davamı olaraq ümumrayon iməciliyi keçirilmişdir.

İməcilik zamanı rayonun ayrı-ayrı ərazilərində, mikrorayonlarda, mövcud park və bağlarda,yaşıllıq zolaqlarında 5000-dən artıq müxtəlif növdən olan həmişəyaşıl ağaclar və  rayonun mərkəzi küçələrində,  4-cü mikrorayon ərazisində yerləşən Mir Cəlal parkında, Asif   Məhərrəmov küçəsindəki parkda,  Vaqif  prospekti  boyunca və digər mövcud park və bağlarda, yaşıllıq zolaqlarında  50000-dən artıq gül əkilmiş, mövcud yaşıllıqlara qulluq göstərilmiş, məhəllələrdə abadlıq və təmizlik işləri aparılmışdır.

Tədbirdə Nəsimi rayon  İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. Rayonda son illər ənənə halını almış həyata keçirilən yaşıllaşdırma işlərində sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirirlər. Görülən işlərə görə rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

TİA.AZ