Tribuna İnformasiya Agentliyi

Nəsimi rayonunda ağacəkmə aksiyası keçirildi-FOTO

11 Aprel

Nəsimi rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti dəfə Prezident seçilməsinin 1 illiyi münasibətilə ağacəkmə aksiyası keçirildi

Aprel ayının 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəsimi rayon İcra Hakimiyyəti və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti dəfə Prezident seçilməsinin 1 illiyinə həsr edilmiş ağacəkmə aksiyası keçirildi. Aksiyada Nəsimi rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Könüllülər, Bakı Slavyan Universitetində təhsil alan tələbələr, o cümlədən əcnəbi tələbələr yaxından fəal etmişlər. Gənclər bayram əhval ruhiyyəsi ilə vətənpərvərlik mahnıları oxuyaraq, birlikdə rəqslər etdilər.

Sonda bu əlamətdar günlə bağlı gənclər xatirə şəkilləri çəkdirdilər.

?