Tribuna İnformasiya Agentliyi

Nəsimi İcra Hakimiyyəti tərəfindən həmrəyliyi günü münasibətilə silsilə tədbirlər davam edir

29 Dekabr

Dekabr ayının 28-də  Nəsimi rayon İcra Hakimiyyəti  Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi  ilə birgə rayon ictimaiyyəti nümayəndələrinin, ağsaqqalların, Qarabağ və Böyük Vətən müharibəsi veteranlarının iştirakı ilə Sahil Mühafizəsinin hərbi hissəsində Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə   tədbir keçirdi.

Tədbirin əvvəlində qonaqlar Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin hərbi hissəsində yaradılmış Heydər Əliyev adına İdeoloji Mərkəzlə yaxından tanış oldular.

Tədbiri giriş sözü ilə açan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinın rəis müavini Elnur Həbibov tədbir iştirakçılarını  Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə təbrik edərək çətin və şərəfli fəaliyyətlərində onlara  yeni-yeni uğurlar arzuladı.

Tədbirdə 2018-ci il ərzində  xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Fəxri Fərman və  xatirə hədiyyələri ilə mükafatlandırıldı. Daha sonra tədbir incəsənət ustalarının iştirakı ilə konsert proqramı davam etdi.

Tədbirdən sonra qonaqlar əsgərlərlə birlikdə bayram naharı etdilər.