Tribuna İnformasiya Agentliyi

Nəşə yeyən qoyunlar kəndin altını-üstünə çevirdi – VİDEO

10 Aprel

Tərkibində narkotik maddə olan tullantını yeyən qoyunlar kəndin altını üstünə çevriib.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, hadisə İngiltərənin Rhydypandy kəndində baş verib.

Bölgə yetkilisi olan Riçard nəşə yeyən qoyunların kəndə böyük ziyan vurduğunu açıqlayıb. Onun sözlərinə görə, qoyunlar kənddə o tərəf-bu tərəfə qaçıb, bağlara girib, hətta biri evə girib və böyük ziyanlıq vurub.

Qoyunların bu vəziyyətinin səbəbi araşdırılarkən məlum olub ki, yaxınlıqdakı fabrikin tullantısını yeyiblər. Tullantılarda narkotik tərkib olduğu üçün polisə müraciət edilib.