Myanmada toqquşmalar nəticəsində ölənlərin sayı 962-ə çatıbbackend

Myanmada toqquşmalar nəticəsində ölənlərin sayı 962-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Myanmada fevral ayından bəri hökumət qüvvələri ilə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 962-ə çatıb.

TİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı BMT-nin Myanma üzrə xüsusi nümayəndəsi Kristin Şraner Burgener verib.

Onun sözlərinə görə, toqquşmalar vaxtı 7 mindən artıq insan xəsarət alıb.

Xüsusi nümayəndə qeyd edib ki, hərbi rejim 7 084 nəfəri həbs edib. Hazırda da toqquşmalar davam edir.

Xatırladaq ki, fevralın 1-də Myanmada ordu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini elan edib. Hazırda ölkədə hakimiyyət Myanma Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Min Aun Xlaynın əlindədir.