Tribuna İnformasiya Agentliyi

Myanma ordusundan növbəti vəhşilik – Bu dəfə xristianlar qətlə yetirildi

02 May

Ötən ilin avqust-sentyabr aylarında 10 minə yaxın arakanlı müsəlmanı qətlə yetirən buddist Myanma ordusu, bu dəfə Kaçin əyalətindəki xristianlara işgəncə etməyə başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, silahsız yerli əhaliyə raket və top atılıb.

Hücumlar nəticəsində ən az 10 nəfər ölüb. 3 həftədir davam edən gərginlik səbəbindən 5 min xristian bölgədən qaçıb.

Məlumat üçün bildirək ki, Kaçin xalqı uzun illər muxtariyyət üçün qanlı mübarizə aparıb, 17 illik atəşkəsin ardından 2011-ci ildən etibarən yenidən hərəkətə keçib.

Qeyd edək ki, Myanma ordusunun işgəncələri səbəbindən ötən il 700 minə yaxın Arakan müsəlmanı Banqladeşə sığınmışdı.