“Müxtəlif cinayət törədənlər əfv olunmaq istəyir” – AÇIQLAMAbackend

“Müxtəlif cinayət törədənlər əfv olunmaq istəyir” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sabaha əfv komissiyasının növbəti iclası gözlənilir”.

Bu sözləri Lent.az-a “Konstitusiya Araşdırmalar Mərkəzi”nin rəhbəri, əfv komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. O, bildirib ki, indiyədək komissiyanın iclaslarında 400-dən çox müraciətə baxılıb:

“Bu il başlayandan indiyədək artıq 4 iclasımız olub. Vaxtından əvvəl azadlığa çxımaq və ya azadlıqdan məhrumetmə müddətinin nisbətən azaldılması üçün 400-dən çox məhbus müraciət edib. Müraciət edənlər arasında Cinayət Məcəlləsində qeyd olunan bütün kateqoriyalardan cinayət törədənlər var. Daxil olan hərbi müraciət üzrə arayışlar hazırlanıb və müraciətlər bundan sonra da davam edəcək. Növbəti iclas sabaha gözlənilir”.