Tribuna İnformasiya Agentliyi

Muxtar Babayev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı qəbul edib

08 May

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral arasında tanışlıq görüşü keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Türkiyə arasında ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi və ekoloji monitorinq sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.