Tribuna İnformasiya Agentliyi

Muxtar Babayev “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib

15 May

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə “AzerGold” QSC-nin sədri Zakir İbrahimov arasında tanışlıq görüşü keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, görüş zamanı geoloji-kəşfiyyat sahəsində birgə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.