Müxalifət Ermənistan prezidentinə 18:00-a qədər VAXT VERDİbackend

Müxalifət Ermənistan prezidentinə 18:00-a qədər VAXT VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan müxalifəti prezident Armen Sarkisyana saat 18:00-a qədər vaxt verib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bu saata qədər Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə baş nazir Nikol Paşinyanın qərarını rədd etməlidir. Prezidentin qərara imza ataraq onu təsdiqləməsi halında, müxalifət ordunun qərara tabe olmamasını dəstəkləyəcəyini söyləyib.

Parlament binasəı qarşısında toplaşan müxalifət fəalları hüquq-mühafizə orqanlarını etirazlara qoşulmağa çağırıb. Hazırda paytaxt Yerevanda etiraz aksiyaları davam edir. Yaxın vaxtlarda prezident Armen Sarksiyanın Baş Qərargah rəisi ilə bağlı yekun qərar verməsi gözlənilir.