Müxalif erməni prodüsser məhkəmə zamanı öldü (VİDEO)backend

Müxalif erməni prodüsser məhkəmə zamanı öldü (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tanınmış erməni prodüsser Armen Qriqoryan məhkəmə zalında ölüb.
Qaynarinfo xəbər verir ki, hadisə müxalif prodüsserə qarşı irəli sürülən ittihamlara baxılarkən baş verib. Proses zamanı prodüserin halı qəflətən pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.Xatırladaq ki, bir çox erməni filmlərinin ssenari müəllifi olan Armen Qriqoryan bir müddət əvvəl “milli, dini, irqi düşmənçiliyin salınması” maddəsi ilə ittiham edilərək həbs olunmuşdu.
Bundan başqa Armen Qriqoryan aktiv ictimai fəaliyyətlə də məşğul olub. Nikol Paşinyana qarşı demək olar ki, bütün mitinqlərdə iştirak edib, bəzən özü də mitinqlərin təşkilatçısı olub.
Armen Qriqoryanın həbsinin əsas səbəbi onun mətbuat konfrans zamanı “Aran düzündə, Şirakda, Ararat vadisində yaşayan ermənilər həmişə satqın olublar, dağlıq bölgələrdə – Qarabağ, Sünkdə yaşayan ermənilər isə türklərlə qan qarışığı olmadıqlarına görə əsl ermənidirlər. Aranda yaşayan ermənilərin yarısı türkdür, onlar türk yetimləridir” sözləri olub.