Tribuna İnformasiya Agentliyi

Müxalifət səfirlik binasını ələ keçirdi

25 May
Venesuela Milli Assambleyasının müxalifətçi üzvləri Vaşinqtondakı səfirlik binasına nəzarəti ələ keçirdiklərini bildiriblər.
Qaynarinfo xəbər verir ki, Xuan Quaidonun nümayəndəsi Karlos Vekkyo bu barədə öz “Twitter” səhifəsində yazıb.
Vekkyo paylaşımında “Bizim səfirliyimiz azaddır. Diktaturanın sonu yaxınlaşır”, deyə bildirib.
Karlos Vekkyo qeyd edib ki, hazırda uzun müddət səfirlik binasını öz nəzarətləri altında saxlayan Venesuela prezidenti Nikolas Maduro tərəfdarlarının binaya vurduğu ziyan qiymətləndirilir. Onun sözlərinə görə, dəymiş ziyanın həcmi böyükdür, müxalifətə diplomatik nümayəndəlik binasının tam bərpası üçün uzun zaman tələb olunacaq.