Müvəqqəti tətbiq olunacaq növbəti qadağalarla tanış olun – Siyahıbackend

Müvəqqəti tətbiq olunacaq növbəti qadağalarla tanış olun – Siyahı

Bu gün Operativ Qərargahda keçirilən brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı ölkədə koronavirusa yoluxma həddinin sürətlə artdığını əsas gətirərək, hökumətin karantin rejimi tələblərinə qısa müddətli növbəti məhdudiyyətlər əlavə edə biləcəyinə dair fikirlər səsləndirib.

TİA.AZ həmin fikirlərdə əksini tapan vacib məqamları diqqətinizə çatdırır.

– Şənbə və bazar günləri bütün ticarət obyektləri, ərzaq mağazaları, marketlər tam bağlı olacaq.
– Növbətçi apteklər fəaliyyət göstərə bilər.
– Qadağalar cəmi iki gün olacaq.
– Vətəndaşlar təşvişə düşməsin,
– Fəaliyyəti zəruri olan sahələrdə işləyənlərə icazə veriləcək.
– SMS icazəsi tətbiq olunacaq
– Yalnız təcili tibbi yardıma ehtiyac olanda evdən çıxmağa icazə veriləcək
– İctimai və şəxsi nəqliyyatdan istifadə tam qadağan olunacaq.
– Daha sərt karantin qaydaları tətbiq olunma planı yoxdur.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki