MÜVƏQQƏTİ ATƏŞKƏS ALTINDA BOMBALANMA: RUS ORDUSU DAHA AQRESSİV OLACAQ – TƏHLİLbackend

MÜVƏQQƏTİ ATƏŞKƏS ALTINDA BOMBALANMA: RUS ORDUSU DAHA AQRESSİV OLACAQ – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Ukrayna müvəqqəti atəşkəs əldə edilsə də, savaş davam edir. TİA.Az xəbər verir ki, siyasi şərhçi vəziyyəti təsvir edib. Onun sözlərinə görə, humanitar dəhliz açılacaq, ərzaq və dərmanların çatdırılmasına şərait yaradılacaq. Ekspertin fikrincə, hər iki tərəfin buna ehtiyacı var:

“Razılaşmaya əməl edilsə, Ukrayna zirzəmilərdə, eləcə də atəş altında qalan vətəndaşlarının evakuasiyasına nail olacaq, ərzaq və dərman böhranı müəyyən qədər həll ediləcək və əlavə silahlar əldə etmək ehtimalı üçün zaman qazanacaq. Rusiya ordunu yenidən toparlaya və gücləndirə biləcək, dağılmış koordinasiyanı bərpa edəcək. Bu, müharibənin başa çatması yox, əksinə daha da şiddətli mərhələyə keçməsi deməkdir”.

Onun sözlərinə görə, Putin Makronla telefon söhbətində maksimal hədəflərinə – Ukraynanın ələ keçirilməsi – nail olana qədər dayanmayacaqlarını deyib: “Yelisey sarayının rəsmi məlumatında “Prezident Makron həmkarı Putinin dediklərini nəzərə alaraq, ən pis vəziyyətin hələ qarşıda olduğu qənaətinə gəlib” deyilir. Putinin bir addım da olsun geri çəkilməməsinin səbəbi “çəkilməyə yerinin” olmaması ilə yanaşı, Ukraynanın Qərbdən lazımi qədər dəstək ala bilməməsidir. Zelenskinin mətbuat konfransındakı açıqlamaları da bundan xəbər verir.

“Dünya Ukraynaya dəstək məsələsində gec qaldı”. Zelenskinin çıxışının ümumi məğzi budur. Və məlum olur ki: Kiyevin ən çox ehtiyacı olduğu iki məsələdə heç bir irəliləyiş yoxdur: ya hava məkanı uçuşa qadağan olunmalı, ya da döyüş təyyarələri verilməlidir; Rusiya Ukrayna şəhərlərini bombalayarkən, Qərbdə dəstəklə bağlı aparılan müzakirələr zaman alır. Zelenskinin sözləri dəstək məsələsində Qərb cəbhəsini birləşdirməyə hesablanmış kimi görünə bilər, lakin hadisələrin inkişafı və Putinin artan aqressiyası fonunda Ukrayna üçün vəziyyətin ürəkaçan olmadığını da göstərir.

Zelenski lider olaraq çətin vəziyyətdədir: çünki onun qələbəsindən pay götürənlər çox olacaq, amma məğlubiyyətinə heç kim şərik olmayacaq. Ukrayna prezidentinin açıqlamaları Putinin önünü açır. Müvəqqət atəşkəs razılaşması Rusiya ordusuna yenidən özünə gəlmək imkanı verəcək və Moskva köməksiz görünən Ukraynaya daha aqressiv hücumlar təşkil edəcək”.

TİA.Az