MÜTTƏFİQLƏRİ DƏ PUTİNİ XƏRCLƏYİR – ÇİN, İRAN VƏ VENESUELA RUSİYAYA “ATIR” – TƏHLİLbackend

MÜTTƏFİQLƏRİ DƏ PUTİNİ XƏRCLƏYİR – ÇİN, İRAN VƏ VENESUELA RUSİYAYA “ATIR” – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Qərbə günlük 4,3-4,8 mln. barel arası neft ixrac edir, bunun cəmi 650-700 min barelini ABŞ-a ixrac edir. Bu da Amerikanın xaricdən aldığı neftin 8%-i, istehlak etdiyi neftin isə 3%-i təşkil edir – yəni, ABŞ Rusiya neftindən asanlıqla imtina edə bilər. Yeri gəlmişkən, ABŞ-la Venesuela arasında danışıqlar baş tutub, rəsmi Karakas da sanksiyalar altındadır, neftini, əsasən, Çinə satırdı. Venesuelanın keçən il günlük neft hasilatı cəmi 796 min, potensialı isə günə 2,5-3 mln. bareldir.

TİA. Az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli bu fikirləri bölüşüb. Onun dediyinə görə, Maduro Putinə “atan”, ABŞ-la anlaşan kimi bazara cəmi 3 aya əlavə 1,5-2 mln. barel neft çıxaracaq: “Bu da Şimali Amerika bazarını sabitləşdirəcək.
Qaldı Avropa, AB ölkələri Rusiya neftindən daha çox asılıdır, əvəzləmək üçün yeni böyük hasilatçı ölkə lazımdır, bu ölkə də İran olacaq. Bu gün-sabah Tehran da Moskvaya “atacaq”, Qərb ilə anlaşacaq, İranın günlük hasilat potensialı 4,5-5 mln. bareldir, bu da AB-yə Rusiya neftini əvəz etməyə bəs edir.

İran qaz məsələsində də güclü potensialı olan ölkədir – AB Rusiya qazından imtina edə bilməz, amma oyuna İran girsə, bu mümkündür.
Qaldı Kremlin əsas güvəndiyi ölkə – Çin, o da bu gün Fransa və Almaniya ilə görüşüb, sülhə çağırış edib, AB ilə yeni sazişlərə hazır olduğunu deyib.

Putinin Ukraynada “blitzkrieg”-i alınmadı, ölkəni tez diz üstə qoya bilmədi, Kremlin gücü haqqında mif dağıldıqca, ətrafında heç kəs qalmayacaq, artıq Çin də ancaq öz maraqları çərçivəsində davranacaq – əli hər yerdən üzülən Rusiyadan su qiymətinə enerji və təbii resurslar alacaq.
Belə görünür ki, Qərb üçün artıq prioritet Rusiyadır, “Ayının” dərisini bölmək üçün Çin də bu koalisiyada yer almağa başladı-başlayacaq…”

TİA. Az