Müstəntiqin 230 min manatlıq dələduzluq faktı ilə bağlı araşdırma başladıbackend

Müstəntiqin 230 min manatlıq dələduzluq faktı ilə bağlı araşdırma başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Şəhər Baş Polis İdarəsinin müstəntiqi Rauf Atakişiyevin külli miqdarda dələduzluq etdiyi iddia olunur.

TİA.AZ xəbər verir ki, bu barədə iddia Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında yer alıb.

Belə ki, “Huseynovasea” adlı profilin sahibinin iddiasına görə, polis müstəntiqi R.Atakişiyev onlardan dələduzluq yolu ilə 230 min manat pul alıb. Həmin şəxs bu barədə Baş Prokurorluğa şikayət etdiyini qeyd edib.

Baş Prokurorluqdan bildirilib ki, qeyd olunan faktla bağlı vətəndaşın müraciəti əsasında hazırda Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır:

“Həmçinin bildirmək istəyirik ki, 01.09.2020-ci il tarixli müaricətiniz baxılması üçün Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinə və Prokurorluqda İstintaqa Nəzarət İdarəsinə göndərilib. Nəticəsiz barədə sizə əlavə məlumat veriləcəkdir”.