Müslüm Maqomayevə həsr edilən filmin treyleri yayılıb – VİDEObackend

Dünya şöhrətli azərbaycanlı ifaçı, SSRİ Xalq artisti Müslüm Maqomayevə həsr edilən səkkiz seriyalı bədii film Rusiyada 2020-ci ildə izləyicilərin səbirsizliklə gözlədiyi filmlər sırasında ilk yerlərdən birində qərarlaşıb.

Vokrug.tv xəbər verir ki, filmdə Müslüm Maqomayevi serbiyalı aktyor Miloş Bikoviç, ifaçının həyat yoldaşı Tamara Sinyavskayanı isə rusiyalı aktrisa – “Miss Russia-2010” gözəllik müsabiqəsinin qalibi İrina Antonenko canlandırıb.

Film Rusiyanın “Birinci kanal”ının sifarişi ilə çəkilib. Filmin yaxın zamanlarda yayımlanacağı elan edilsə də, dəqiq tarix haqqında məlumat verilmir.