Musiqili Teatr “Evdə qal!” çərçivəsində beynəlxalq layihəyə imza atdı-VİDEObackend

Musiqili Teatr “Evdə qal!” çərçivəsində beynəlxalq layihəyə imza atdı-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı “Evdə qal!” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrinin sənət adamları ilə yeni layihəyə imza atıb.

TİA.AZ-ın xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova məlumat verib.

Məlumata görə, teatrın simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Firuzə Nəcəflinin təşəbbüsü ilə ayrı-ayrı ölkələrdə yaşayan türk və ispan musiqiçiləri virtual şəkildə bir araya gələrək maraqlı bir musiqi nömrəsi təqdim ediblər.

Qeyd edək ki, virtual konsertdə Firuzə ilə yanaşı, türkiyəli bəstəkar, pianoçu Sərhat Gündüz, bas gitaraçı Haşım Yılmaz, həmçinin ispaniyalı peşəkar zərb aləti ifaçısı Matias Menaraguez da iştirak edib.

“Love” adlanan bu kompozisiyanın bəstəkarı və aranjemançısı Serhat Gündüzdür. Məkanları fərqli, məramları eyni olan Azərbaycan, Türkiyə və İspaniya musiqiçiləri bu addımları ilə mədəniyyətlərin sərhədsizliyini bir daha nümayiş etdirərək dünyanın təhlükəli pandemiya ilə üz-üzə qaldıgı bir vaxtda həmrəy olduqlarını, hər kəsə “evdə qalsaq da, ideya və arzularımızdan qalmırıq!” ismarıcını verməyə çalışıblar.