Tribuna İnformasiya Agentliyi

“Müsəlman ölkəsinin işğalçı Ermənistana qucaq açması rüsvayçılıqdır”

23 Mart

Qarabağ Azadlıq Təşkilatı (QAT) Işğalçi Ermənistanın terrorçu prezidenti Serj Sərkisyanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərini pisləyən bəyanatla çıxış edib. 

Qarabağ Azadlıq Təşkilatı (QAT) Işğalçi Ermənistanın terrorçu prezidenti Serj Sərkisyanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərini pisləyən bəyanatla çıxış edib.

TİA.AZ-ın verdiyi xəbərə görə, bəyanatda deyilir: “Biz Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyinin bu hərəkətini işğalçı ölkəyə dəstək kimi dəyərləndiririk. BƏƏ-nin də daxil olduğu İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyinə, Ermənistanın işğalçı dövlət kimi tanınmasına, həmçinin Xocalı soyqırımının tanınmasına və pislənməsinə dair dəfələrlə qətnamə və qərarlar qəbul edib. Ona görə də BƏƏ rəhbərləyinin işğalçı Ermənistana indi bu cür münasibət bəsləməsi, faktiki olaraq, dəstəkləməsi başadüşülən deyil, həmçinin öz imzasına hörmətsizlikdən başqa bir şey deyildir. Ermənistan müsəlman ölkəsinə qarşı açıq təcavüz və işğal aktı törədib, minlərlə günahsız insanı qətlə yetirib, yüzminlərlə dinc Azərbaycan əhalisini öz yurdlarından çıxarıb, işğal etdiyi əraziləri xarabaya çevirib, məscidləri, qəbirstanlıqları dağıdıb, yandırıb.

Bu cür vəhşiliklər, vandalizm aktları törətmiş ölkə ilə hər hansı münasibət, xüsusilə də dəstək verilməsi yolverilməzdir, heç bir ölkə, xüsusilə də müsəlman ölkəsi üçün məqbul deyildir.Serj Sərkisyanın əli Azərbaycan xalqının, müsəlmanların qanına batıb. O, Xocalı soyqırımını təşkil edib, yüzlərlə dinc sakini şəxsən özü qətlə yetirib. Belə bir caniyə xoş münasibət göstərmək olarmı? Müsəlman ölkəsinin işğalçı Ermənistana qucaq açması rüsvayçılıdır. Biz BƏƏ rəhbərliyindən bu anlaşılmaz və heç bir ölçüyə sığmayan hərəkətlərinə aydınlıq gətirməsini və işğalçı Ermənistanla bu münasibətlərə dərhal son qoymasını tələb edirik. Əks halda Azərbaycan hökuməti BƏƏ ilə münasibətlərinə yenidən baxmalıdır”.