Musa Urud atasının qəbirüstü abidəsi ilə bağlı məsələyə münasibət bildirib-FOTObackend

Musa Urud atasının qəbirüstü abidəsi ilə bağlı məsələyə münasibət bildirib-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəli, bu mənim mərhum atamın qəbirüstü abidəsidir.”
Bunu millət vəkili Musa Urud REAL Partiyasının sədri İlqar Məmmədovun paylaşımına münasibət bildirərkən TİA.az-a açıqlamasında deyib. O qeyd edib ki, işğal altındakı bütün yurdlarımızda qəbir daşlarımız belə vandallığa məruz qalıblar: ” 2006- cı ildə mən Uruda getmişəm və dağılmış qəbristanlığı gözlərimlə görmüşəm. 14- 16- ci əsrlərə məxsus qədim alban- türk məzarüstü abidələrin biri də salamat qalmayıb. Uruddan qayıdandan sonra “Uruda iki səfər” adlı kitab da yazmışam. Həmin kitabın ingilis və fransız dilli versiyaları da çap olunub.
Allah bütün mərhumlarımıza rəhmət eləsin.  İnşallah bir gün qayıdıb bərpa edərik, kəndimizi də, məzar daşlarımızı da.

Qeyd edək ki, dünən REAL Partiyasının sədri İlqar Məmmədov belə bir paylaşım etmişdi:
“Ermənistana səfər edən, fars millətindən olan amma İngiltərədə yaşayan bloger dünən Twitterdə maraqlı bir şəkil paylaşıb. Zəngəzurun Urud kəndinə aid qəbiristanlıqda “Oğlu Musadan xatirə” yazılı aşırılmış bir baş daşı görünür həmin şəkildə. Çox güman, bu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin atasının məzarıdır, çünki daşın üstündə adamın adı “Quliyev İsa Əli oğlu” olaraq yazılıb, illər baxımından da uyğun gəlir. Həm də deputat Musa Quliyevin doğma kəndidir.”