Tribuna İnformasiya Agentliyi

Murad Köhnəqala alimentə görə həbs edildi

12 İyun

Yazıçı-publisist Murad Köhnəqala həbs edilib.

Bu barədə yazıçının həyat yoldaşı Şəlalə Göytürk məlumat verib.

O bildirib ki, M.Köhnəqala Tovuz Rayon Məhkəməsinin qərarı ilə 15 sutka azadlıqdan məhrum edilib. Tovuz rayon Məhkəməsində Murad Köhnəqalanın keçmiş həyat yoldaşı və qızının 12 min manat aliment tələbinə dair şikayəti əsasında məhkəmə prosesi keçirilib. Məhkəmə aliment tələbini haqlı qəbul edib və Murad Köhnəqalanın 15 sutka həbs edilməsi barədə qərar çıxarıb. Şair məhkəmə zalından həbs edilib.