Müharibədə iştirak edib, medal ala bilməyənlərin nəzərinə – NAZİRLİKDƏN AÇIQLAMAbackend

Müharibədə iştirak edib, medal ala bilməyənlərin nəzərinə – NAZİRLİKDƏN AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibədə iştirak edib ancaq medalla təltif olunmadıqları iddiası ilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi qarşısında toplaşan bir qrup vətəndaş tərəfimizdən qəbul edilib.

Bu barədə TİA.AZ-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Görüş zamanı qeyd edilib ki, hərbi qulluqçuların müvafiq medallarla təltif olunmaları onların keçdikləri döyüş yolu və müharibədə bilavasitə iştirakı amilinin araşdırılması yolu ilə həyata keçirilib.

Görüşdə vətəndaşlar dinlənilib və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verilib.