Müharibədə hər gün 500-dən çox rus hərbçi ölür və yaralanır – RƏSMİbackend

Müharibədə hər gün 500-dən çox rus hərbçi ölür və yaralanır – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukrayna ilə apardığı müharibədə real itkiləri hətta Ukrayna Müdafiə Nazirliyinin rəsmi şəkildə elan etdiyi rəqəmlərdən qat-qat çoxdur.
 TİA.AZ xəbər verir ki, bu barədə Rusiyanın müstəqil “Meduza” nəşrinə müsahibəsində Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
Podolyakın sözlərinə görə, Rusiyanın bu müharibədə itkiləri 115 minə qədər ölü və yaralıdır.
“Müharibənin hazırkı dönəmində ruslar hər gün 100-200 nəfər itirirlər. Üstəlik hər gün 600-700 nəfər də yaralanır. Məncə, yaralılar, ölənlər, şikəstlər hamısı ümumilikdə 80 mindən çoxdur”, – Podolyak bildirib.Prezident Aparatınının rəsmisi qeyd edib ki, Rusiya komandanlığı bu vəziyyətdən hələ ki razıdır.
“Əlbəttə, onlar indi çox xoşbəxtdirlər. Bir var gündə 1000 nəfər itirəsən, bir də var 100 nəfər, bunlar bir az fərqli rəqəmlərdir. Onlara elə gəlir ki, müharibədə uğurla döyüşürlər.  Biz hesab edirik ki, gündə yüz adam itirmək Ukrayna üçün pis göstəricidir. Biz itkilərimizi mümkün qədər minimuma endirmək istəyirik”, – Podolyak bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, iyulun 5-i səhər saatlarına olan məlumata görə, müharibədə 36350 rus əsgəri öldürülüb.