“Müharibədə 5 mindən çox əsgər itirdik” – Vazgen Manukyanbackend

“Müharibədə 5 mindən çox əsgər itirdik” – Vazgen Manukyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan uçuruma yuvarlanmaqda davam edir”.

Bunu “Vətənin qurtuluşu hərəkatı”nın lideri, ölkənin sabiq baş naziri Vazgen Manukyan deyib.

Onun sözlərinə görə, Ermənistan ikinci Qarabağ müharibəsində 5 mindən çox əsgər itirib: “Bu, Ginnesin Rekordu hesab edilə bilər ki, 44 gün ərzində 2,5 milyonluq xalq belə itkilərlə üzləşib”.

Keçmiş baş nazir hesab edir ki, Ermənistanın itkiləri yalnız müharibə ilə kifayətlənməyib, ölkənin məhkəmə sistemi və təhsil sahəsi də hücumlara məruz qalıb.

“Dövlətimiz uçuruma yuvarladılır. Bizim dövlət formal olacaq, müstəqil olmayacaq, inkişaf etməyəcək”, – Manukyan baş vermiş hadisələrə görə Ermənistanın hazırkı hakimiyyətini ittiham edib.