Müharibə zamanı qəhrəmana çevrilən topçu Vüsal danışdıbackend

Müharibə zamanı qəhrəmana çevrilən topçu Vüsal danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“44 günlük Vətən müharibəsində iştirak etmək həqiqətən də qürurvericidir. Mən fəxr edirəm ki, bu döyüşlərdə mən də iştirak etmişəm. Döyüşdə qazanılan hər qalibiyyət bizə qürur gətirirdi. O duruş da qürur duruşudur.”
Bu sözləri Tia-az-a açıqlamasında məğrur duruşu ilə Vətən müharibəsinin simvoluna çevrilən Vüsal Şahkərimov deyib. O bildirib ki, həmin görüntülərin belə maraqla qarşılanması özü üçün də gözlənilməz olub.
Həmin görüntülərin çəkilişindən beş-altı gün sonra Müdafiə Nazirliyindən komandirimə zəng gəldi. Bildirdilər ki, sözügedən video böyük maraqla qarşılanıb və sosial şəbəkələrdə xeyli paylaşılıb.

Vüsal əsgərlikdən öncə ödənişli əsaslarla universitetə qəbul olması, ancaq imkansızlıq ucbatından oxuya bilməməsinə dair yayılan məlumatlara da aydınlıq gətirdi:

Mən universitetə yox, kollecə qəbul olmuşdum. Kollec təhsilindən də hərbi xidmətə görə imtina etdim. Bir sözlə, yayılan xəbərlər yalandır. Bu xəbərlərin yayılmasından sonra banklardan biri əsgərlikdən sonra təhsil alacağım təqdirdə təhsil xərclərimi öz boynuna götürəcəyini təklif etsə də mən bundan imtina etdim. Çünki gələcəkdə hərbidə qalmağı düşünürəm.
Şəklinin araq şüşəsinin üzərinə vurulması məsələsinə də toxunan Vüsal bundan xəbərsiz olduğunu deyir:
Şəklimin araq şüşəsinin üzərinə vurulmasından xəbərim olmayıb. Bilmirəm, bunu kimdən icazə alıb ediblər. Belə bir şeyin olmasını təbii ki, istəmirdim. Məsələdən xəbər tutanda da öz etirazımı bildirdim.

TİA.AZ