“…MÜHARİBƏ EHTİMALI BİRMƏNALIDIR” – HƏRBİ EKSPERTDƏN PROQNOZbackend

“…MÜHARİBƏ EHTİMALI BİRMƏNALIDIR” – HƏRBİ EKSPERTDƏN PROQNOZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“10 noyabr bəyanatı tam icra olunmayana qədər müharibə ehtimalının olması birmənalıdır”. Bunu hərbi şərhçi Ramil Məmmədli TİA. Az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bölgədə gərginliyin mövcud olması ilə bağlı fikirlər irəli sürmək olar: “Təbii ki, hər bir tərəf vəziyyətin gərginliyi və hərbi əməliyyatların mümkünlüyü haqqında fikirlər səsləndirir.

Bu fikirlər hansı formada reallığı əks etdirdiyini bildirmək mümkün deyil. Ancaq görünən odur ki, müharibə bitdikdən sonra hər dəfə bu fikri təkrar edirəm: 10 noyabr bəyanatı tam icra olunmayana qədər müharibə ehtimalının olması birmənalıdır. Hərbi əməliyyatların nə zaman başlayacağı və əməliyyatın miqyası haqqında konkret fikir söyləmək mümkün deyil. Bir məqamı da qeyd etmək istərdim ki, bu gün Ermənistan Müdafiə Nazirliyinin birinci əlahiddə ordusunun hərbi birləşmələri Qarabağ ərazisində mövcuddur, onlar ərazini tərk etməyiblər. Bir sözlə, vəziyyət gərgindir. Münasibətlər tarıma çəkilib. 2020-ci 10 noyabrda təslimçilik formatında bəyanata imza atan Ermənistan bu gün bərabər tərəfli sülh müqaviləsinin imzalanmasını hətta Qarabağdakı ermənilərə hüquqi status istəyir. Bu rəzalətdir, bu siyasi əxlaqsızlıqdır”.

Aytac

TİA. Az