Tribuna İnformasiya Agentliyi

Mühafizə orqanları “WhatsApp”dakı yazışmaları izləyə biləcək

14 Avqust

Dünyanın ən məşhur messenceri olan “WhatsApp” mesajların şifrələnməsi sistemindən imtina etmək qərarına gəlib.

TİA.AZ Technote-yə istinadən xəbər verir ki, “Facebook” şirkətinin rəhbəri Mark Sukerberq bu addımın ABŞ hökumətinin tələbi ilə atıldığını açıqlayıb.

O bildirib ki, 2019-cu ildə “Facebook” şifrələnmə sisteminin daha sadələşdirilmiş versiyasına sahib xüsusi “WhatsApp” messencerini təqdim edəcək. Onun sayəsində mühafizə orqanlarının əməkdaşları onları maraqlandıran istifadəçilər barəsində məlumatlar əldə edə biləcəklər. Bu üsulla mühafizə orqanları potensial terrorçular və psixi qüsurlu insanlar barədə xəbərdar olacaqlar.

Bundan başqa, yaxın zamanda sözügedən messencerdə reklamlar da tətbiq olunacaq. Bu isə messencerin tez bir zamanda gəlirli olması üçün edilir.