Tribuna İnformasiya Agentliyi

“MuğanBank”ın sabiq departament müdirinə hökm oxundu

26 Noyabr
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən “MuğanBank” ASC-nin Əhmədli filialının departament müdiri Azər Mahmudovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
TİA.AZ Report-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Mahmudov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror çıxışında onun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttiham aktına əsasən, A.Əhmədov “MuğanBank” ASC-nin Əhmədli filialının departament müdiri vəzifəsində çalışarkən başqalarının etbarından sui-istifadə edərək onlara qarşı, ümumilikdə, 312 851 manat məbləğində ziyan vurub. Həmin ziyandan 23 784 manat pul ödənilib.