“MUĞANBANK”IN BAŞI MƏHKƏMƏLƏRDƏN AÇILMIR – SƏBƏB NƏ?backend

“MUĞANBANK”IN BAŞI MƏHKƏMƏLƏRDƏN AÇILMIR – SƏBƏB NƏ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Muğanbank” ASC-in tez-tez məhkəmələrlə problemləri olur. Bu məhkəmə çəkişmələri nəticə etibarı ilə bir çox hallarda bankın əleyhinə qərarların çıxarılmasıyla nəticələnir. TİA.Az xəbər verir ki, bu günlərdə belə bir qərar Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qərara əsasən, inzibati tənbeh tətbiq edilib, “Muğanbank” ASC cərimələnib. Belə ki, “Muğanbank” müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə cərimə protokolu yazılmışdı.
Ötən ay isə “Muğan Bank”ın lizinq şirkətinə cərimə protokolu yazılıb. Şirkət barəsində müvafiq qurum tərəfindən yenə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
Bundan əlavə, bu ilin fevralında bankın təqdim etdiyi rəqabətli bank məhsulları fonunda, “Muğanbank Çek” məhsuluna marağın azalması, eləcə də məhsulun səmərəli olmadığı nəzərə alınaraq, onun satışının və uduş tirajlarının dayandırılması qərara alınıb. Yəni “Muğanbank” haqda neqativ informasiyalar pozitiv xəbərləri üstələyir.

TİA.Az