“Muğan Bank”ın lizinq şirkətinə cərimə tətbiq edildibackend

“Muğan Bank”ın lizinq şirkətinə cərimə tətbiq edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Muğan Bank”ın lizinq şirkətinə cərimə protokolu yazılıb. Tia.az pravda.az-a istinadən xəbər verir ki, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokollar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş hakim Gültəkin Əsədovanın icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, 2020-ci ildə o vaxtkı Vergilər Nazirliyi “Muğan Lizinq” MMC-ni dövlət qeydiyyatına alıb. Yeni lizinq şirkəti “Muğan Bank” ASC-nin “Veraj” şöbəsinin yerləşdiyi Bakı şəhəri, Süleyman Rəhimov küçəsi, 179 a ünvanında qeydiyyatdan keçib.