Tribuna İnformasiya Agentliyi

Müğənnini ələ saldılar – “”Da” ayrı yazılır” – FOTO

05 İyul

Türkiyəli müğənni Demet Akalın orfoqrafiq səhvləri ilə sosial mediada tez-tez gündəm olur.

TİA.AZ axşam.az-a istinadən bildirir ki, müğənni bu dəfə də yeni hazırladığı mahnı albomunun üz qabığındakı səhvlə gülüş hədəfinə çevrilib.

Belə ki, “Canıma da değsin” adlı albomun adı doğru qeyd edilməyib. İzləyiciləri müğənninin ələ salaraq “Heç olmasa albomun adında səhv etməzdin” kimi şərhlər yazıblar.

İfaçı isə “Səhv olduğunu indi gördük və düzəltdik” cavabını yazaraq fotonun düzgün versiyasını paylaşıb.