Müəllimlərin sertifikatlaşdırılmasının ilkin nəticələri açıqlandıbackend

Müəllimlərin sertifikatlaşdırılmasının ilkin nəticələri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Təhsilverənlərin sertifikatlaşdırılmasının ilkin nəticələri açıqlanıb.
TİA.AZ-ın məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib ki, müəllimlərin 98 %-i prosesdə iştirak edib.
O bildirib ki, 78 % müəllim ilk mərhələdə uğur qazanıb.
Nazir söyləyib ki, 2367 (22 %) müəllimin təkmilləşdirilməsinə ehtiyacı var: “5 599 müəllim müsahibə mərhələsindən keçsə 10 % əlavə almağa başlayacaq. 27 % müəllim isə 35 % əlavə alacaq. 52 nəfər 0-10 arası bal toplayıb. 21-29 arası bal toplayan 1530 nəfər təkmilləşdirmə kurslarına cəlb edilməlidir”.
Qeyd edək ki, sertifikatlaşdırılmada 50 baldan yuxarı nəticə göstərənlərin əmək haqlarına 35, keçid balını toplayanların maaşına isə 10 % əlavələr olacaq.