Müəllimlərin maaşı artımdan sonra necə hesablanacaq? – RƏSMİ AÇIQLAMA – VİDEObackend

Müəllimlərin maaşı artımdan sonra necə hesablanacaq? – RƏSMİ AÇIQLAMA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Təhsil sistemində 255 minə yaxın şəxs çalışır. Onların hamısı dərs tədris etmir. Müəyyən qismi müəllim, idarəedici və texniki işçidir”.
TİA.AZ  “Xəzər TV”yə istinadən xəbər verir ki, bu sözləri təhsil nazirinin müavini İdris İsayev müəllimlərin əməhaqqının artırılması ilə bağlı keçirilən brifinq zamanı deyib.
Onun sözlərinə görə, təhsil müəssisələrində çalışan direktor, müəllim və direktor müavinlərinin maaşı yanvarın 1-dən 20% artırılacaq. Gənclərin çağırışa qədərki hərbi hazırlıq rəhbərlərinin maaşı isə 40% artırılır.
Dövlət ümumitəhsil məktəblərində 150 minə yaxın müəllim çalışır. Oların aylıq əməkhaqqı 564 manatdır. Bu isə orta göstəricidir.
İdris İsayev bidlirib ki, hazırda bu əməkhaqqı 674 manat təşkil edəcək. Bu maaaş 1 stavka 18 saatlqı dərs yükü olan müəllimlərə şamil edilir. Bu dərs yükünün bölgələrdən fərqli olaraq Bakıda 22 saatdır. Bu halda müəllimlərin orta əməkhaqqı 823 manat olacaq.
Ətraflı videoda: