Müəllimlər öz müraciətləri əsasında erkən sertifikasiyada iştirak edə bilər?backend

Müəllimlər öz müraciətləri əsasında erkən sertifikasiyada iştirak edə bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi müəllimlərin öz müraciətləri əsasında erkən sertifikasiyada iştirak edə bilib-bilməmələrinə aydınlıq gətirilib.

TİA.AZ xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında danışıb.

O qeyd edib ki, bunun üçün nazirliyə bəlli büdcə planlanması lazımdır: “Bu, mümkün deyil, bunun üçün bizə bəlli büdcə planlanması lazımdır. Biz bu prosesi dizayn edəndə könüllü etsəydik, bütün yüksək bal toplamaq istəyən müəllimlər öncə gələcəkdi və digər müəllimlər kölgədə qalacaqdı. Ona görə də bu, bəlli bir plan əsasında həyata keçiriləcək. Əvvəl də belə olub, bildiyiniz kimi biz diaqnostika imtahanlarını da mərhələli şəkildə etdik. Təbii ki, kriteriya olaraq hansı bölgələrdə, hansı məktəblərdə təhsilin daha səmərəli təşkilini görürüksə, orada sertifikasiyanı daha tez etməyə çalışacağıq. Digər tərəfdən, buraxılış fənlərini tədris edən müəllimlərin sertifikasiyasını əvvələ salacağıq”.