Müəllimlər fəhləlik, tələbələr ofisiantlıq etsin – Deputatların qalmaqallı sözləribackend

Müəllimlər fəhləlik, tələbələr ofisiantlıq etsin – Deputatların qalmaqallı sözləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ictimai yüklü şəxslər, məmurlar və digərləri bəzən səsləndirdikləri fikirlərə görə qınaq obyektinə çevrilirlər.

Həmin şəxslər bəzən canlı yayım, bəzən isə adi şəraitdə çıxışları zamanı qeyri-adi fikirlər səsləndiriblər.

Müxtəlif mətbuat orqanlarında dərc edilmiş və müəyyən zamanlarda geniş müzakirəyə səbəb olan çıxışlardan bəzisini olduğu kimi təqdim edirik:

Sabiq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xalq artisti İlhamə Quliyeva ilə vida mərasimində:

“Bu gün Xocalı faciəsi günüdür. Ümidvaram ki, xalqımız öz torpaqlarını qaytarmağa nail olacaq. Bizim xalqımız ağır itkilər verib. Şəhidlərə Allahdan rəhmət diləyirəm. O şəhidlərimizin sırasına böyük sənətkarımız İlhamə Quliyevanın da adını yazmaq olar”

Milli Məclisin Sosial Siyasət Komitəsinin sabiq sədri Hadi Rəcəbli:

“Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var.

O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?”.

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov:

“Mən həmin zaman söylədim ki, erməni səgərləri qorxudan səngərdə əyilə-əyilə gəzirlər. Bilirsiniz, müasir səngərlər çox dərin qazıldığı üçün orada əsgərlər əyilmədən də rahat gəzə bilirlər. Klassik səngərlərdə isə əsgərlər əyilə-əyilə gəzirlər.

Mənim sözümün mənası o idi ki, aprel döyüşlərindən sonra erməni əsgərləri böyük qorxu yaşayıb, qorxusundan ayaq üstə qalxa bilmir. Erməni əsgəri qorxudan düşünür ki, səngərdə belə o, ayaq üstə qalxan zaman Azərbaycan əsgəri onu məhv edəcək”.

BNA-nın şöbə müdiri Hikmət Babayev:

“Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil”.

Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmov:

“Ayağını yorğanına görə uzat. Azdır az ye, çoxdur çox ye. Adamlar var çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır”.

Milli Məclisin deputatı Aqil Abbas:

“Ov dünyanın ən gözəl istirahətidi. Ovdan aldığın ləzzəti heç nə əvəz edə bilməz. Hətta Cenifer Lopez də”.

Milli Məclisin deputatı Siyavuş Novruzov:

“Bundan başqa ən çox istinad etdiyiniz demokratik ölkə olan ABŞ-da səhər gedir oxuyur, axşam gedir restoranda qab yuyur. Özü də milyonçunun uşağı. Bizim hamımız vaxtilə işləmişik”.

(baku.ws)