Müdir iclas zalında rəqs etdiyi üçün həbs edildi (VİDEO)backend

Müdir iclas zalında rəqs etdiyi üçün həbs edildi (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İranın Hormuzqan şəhərinin rabitə və kommunikasiya idarəsində müdir işləyən əməkdaşı iş yerində rəqs etdiyi üçün vəzifəsindən azad olunub.
Qaynarinfo-nun İran KİV-nə istinadən xəbər verir ki, Hormuzqan şəhər Prokurorluğunun təqdimatı əsasında məhkəmənin hökmü ilə Cəmili adlı müdir həbs olunub.
Hormuzqan şəhərinin rabitə və kommunikasiya idarəsinin baş direktoru Abdullah Abdoli işçinin rəqs videosunu yaydığı üçün işdən azad edildiyini açıqlayıb: “O, iş yerində davranış qaydalarını pozduğuna görə işdən azad edildi”.
Abdoli işçinin rəqs etməsini “mədəni təsir” adlandırıb.
Artıq, İran vətəndaşları sosial şəbəkələrdə həbs olunan vəzifəli şəxsin müdafiəsinə qalxıblar.