Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində yeni təyinat olubbackend

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində yeni təyinat olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev tutduğu vəzifədən azad edilib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə nazirinin əmri ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev tutduğu vəzifədən azad edilərək yuxarı vəzifəyə – Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində baş kardioloq vəzifəsinə təyin edilib.