Müdafiə Nazirliyi Teymur Cəfərovun ölümüylə bağlı MƏLUMAT YAYDIbackend

Müdafiə Nazirliyi Teymur Cəfərovun ölümüylə bağlı MƏLUMAT YAYDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyi Teymur Cəfərovun ölümü ilə bağlı məlumat yayıb.

TİA.AZ  xəbər verir ki, məlumatda deyilir:

“Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reanimasiya-anesteziologiya bölməsinin zabiti, tibb xidməti mayoru Cəfərov Teymur Oktay oğlu dünyada yayılan  koronavirus (COVİD-19) infeksiyasından vəfat edib.

Təəssüflər olsun ki, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və iyulun 31-də səhər saatlarında o, dünyasını dəyişib.

Müdafiə Nazirliyinin rəhbərliyi və hərbi tibb personalı vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!”