Müdafiə Nazirliyi məlumat yaydı: İyulun 23-dək …backend

Müdafiə Nazirliyi məlumat yaydı: İyulun 23-dək …

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən “N” hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı davam edir.

TİA.AZ Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi vəzifəlilər ssenariyə uyğun olaraq şərti düşmənin kəşfiyyat-diversiya qruplarının zərərsizləşdirilməsi üzrə döyüş tapşırıqlarını yerinə yetiriblər.

Ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışları iyulun 23-dək davam edəcək.