Müdafiə Nazirliyi görülən işlərlə bağlı MƏLUMAT YAYDI – VİDEObackend

Müdafiə Nazirliyi görülən işlərlə bağlı MƏLUMAT YAYDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Türkiyənin hərbi istehkamçıları ilə birgə azad olunmuş ərazilərimizin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərini davam etdirir. Bu barədə TİA.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir.
Azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində dekabrın 1-dən 10-dək 342 ədəd piyada və tank əleyhinə minanın aşkar olunaraq zərərsizləşdirilməsi ilə 96.7 hektar ərazi təmizlənib.
Ümumilikdə azad olunmuş ərazilərdə bu günədək mühəndis qoşunları tərəfindən 17202 mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib, 13273 hektar ərazi minalardan təmizlənib, digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə 628 kilometr yol çəkilib.
Yaşayış məntəqələrimizin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına verilən Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyindəki ASFAT AŞ şirkəti tərəfindən istehsal olunan “MEMATT” (Mexanik Mina Təmizləmə Təchizatı) texnikası da cəlb edilib.
Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir.