Müdafiə Nazirliyi: “Erməni əsgərlər arasında atışma olub”backend

Müdafiə Nazirliyi: “Erməni əsgərlər arasında atışma olub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əldə edilən məlumata əsasən, gecə döyüşləri zamanı geri çəkilən Madagizdəki Ermənistan silahlı qüvvələrinin 6-ci dağatıcı alayının əsgərləri arasında atışma baş verib”.

Bu barədə TİA.AZ-a Azərbaycan Müdafiə Nazriliyindən məlumat verilib.

“Şəxsi heyət arasında hökm sürən qorxu və vahimə hissi ruh düşkünlüyü yaradıb, ümumilikdə erməni hərbçilərinin demoralizə olmasına səbəb olub”, nazirlikdən bildirilib.