Müdafiə Nazirliyi əhaliyə müraciət etdibackend

Müdafiə Nazirliyi əhaliyə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

TİA.AZ bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Bildirilir ki, döyüş sursatlarının utilizasiya prosesi iyunun 20-dən 25-dək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Ümumqoşun təlim poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.